Mədət Quliyev vəzifəsindən azad olundu - YENİ NAZİR MÜDAFİƏ SƏNAYESİ NAZİRİ ODUR 

10:10 18.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyev M.Q.Quliyevin Azərbaycan Respublikasının müdafiə sənayesi naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Mədət Qəzənfər oğlu Quliyev Azərbaycan Respublikasının müdafiə sənayesi naziri vəzifəsindən azad edilib.

***

Vüqar Valeh oğlu Mustafayev Azərbaycan Respublikasının müdafiə sənayesi naziri təyin edilib.

Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Vüqar Mustafayev Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini vəzifəsindən azad edilib. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.